Nazir müavini kənd təsərrüfatında görülən işlərdən danışdı

Nazir müavini kənd təsərrüfatında görülən işlərdən danışdı
  30 Aprel 2013    Oxunub:1293
Nazir müavini: “104 ölkəyə 25 adda aqrar məhsul ixrac edir”
AzVision.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Bəhmən Əliyev deyib. O bildirib ki, kənd təsərrüfatında ümümdaxili məhsul 2,6 dəfə artıb:

“Hökumət qeyri neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verir. Kompleks tədbirlər görülür. Regionların sosial iqtsadi inkişafı proqramının ntəicəsində 1 miyon iş yeri açılıb. İş yerlərinin əksəriyyəti aqrar sektordadır. Kənd təsərrüfatında ümumdaxili məhsul 2, 6 dəfə artıb. Ötən il ölkədə ümumdaxili məhsulun artım sıviyyəsi 6, 6 faiz olub. Son illərdə kənd təsərrüfatı məhsullarının ixrac potensialı artıb. Kəndli sahibkarları dünyanın 104 ölkəsinə 25 adda aqrar istehsal və emal məhsulları ixrac edib. Bunlar meyvə, tərəvəz konservləri və çay məhsullarıdır”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti