Ərdoğan Marqvelaşvili ilə Azərbaycanı müzakirə etdi

Ərdoğan Marqvelaşvili ilə Azərbaycanı müzakirə etdi
  29 Sentyabr 2014    Oxunub:1853
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Ərdoğan Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini gürcü prezidentin diqqətinə çatdırıb.

Görüşdə həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan münasibətləri də müzakirə edilib.

Qeyd edək ki, G.Marqvelaşvili sabah İstanbulda başlayacaq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib.




Teqlər:





Xəbər lenti