Ərdoğan Azərbaycanın milyardlıq layihələrindən danışdı

Ərdoğan Azərbaycanın milyardlıq layihələrindən danışdı
  29 Sentyabr 2014    Oxunub:2406
Türkiyə və Azərbaycan regionda birgə layihələr həyata keçirməklə Şərqlə Qərbi birləşdirən enerji dəhlizi yaradıb.

AzVision.az-ın “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, belə layihələrə misal olaraq Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi Ceyhan neft kəmərini göstərmək olar.

Ərdoğan vurğulayıb ki, hazırda reallaşdırılan TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti