Ermənistan “Yeni SSRİ”-yə gələn il üzv olacaq

Ermənistan “Yeni SSRİ”-yə gələn il üzv olacaq
  29 Sentyabr 2014    Oxunub:1659
Ermənistan 2015-ci ilin yanvar ayının ikisindən etibarən Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü ola bilər.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Anna Sısoeva bildirib.

Aİİ genişlənməsi imkanlarından danışan Sısoeva bildirib ki, hazırda Qırğızıstanla yol xəritəsinin reallaşdırılması işləri aparılır, Ermənistan isə bu mərhələdən keçib: “Ermənistanın quruma üzvlüyü ilə bağlı saziş artıq hazırdır və hər şey gözlənilən kimi baş tutsa, oktyabrın 10-da bu saziş imzalanacaq. Bu isə Ermənistanın 2 yanvar 2015-ci ildə Aİİ-nin üzv olması anlamına gəlir”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti