Davudoğludan Azərbaycanla bağlı Özəl Açıqlama

Davudoğludan Azərbaycanla bağlı Özəl Açıqlama
  30 Sentyabr 2014    Oxunub:2248
Trans Anadolu qaz kəməri (TANAP) regionda ən vacib enerji layihələrindən biridir və o Cənubi Qafqaz ölkələrini Balkan yarımadası ilə birləşdirəcək.

AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirən enerji dəhlizi yaradırlar.

Davudoğlunun sözlərinə görə, Azərbaycan və Türkiyə birgə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti