Netanyahu: “İran İŞİD-dən daha təhlükəlidir”

Netanyahu: “İran İŞİD-dən daha təhlükəlidir”
  30 Sentyabr 2014    Oxunub:1945
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, nüvə silahına malik İran İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatından daha təhülkəlidir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“İŞİD məhv edilməlidir. Lakin İŞİD-i məhv edərək İranı nüvə silahın əldə etməyinə mane olmamaq döyüşdə qalib gələrək, müharibədə məğlub olmaq anlamına gəlir”, - deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İran Qərbi “sehrliyib” və beynəlxalq sanksiyaların aradan qaldırılmasına nail olub. Bu isə İranın nüvə silahı yaratmasının qarşısının alan maneələrin aradan qaldırılması anlamına gəlir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti