İran prezidenti Mahmud Əhmədinejad Təbrizə səfər edib. Oradakı çıxışı zamanı Əhmədinejad azərbaycanlıları “İranın qüruru adlandırıb”:
- Azərbaycanlılar istedadlı insanlardır və dərin tarixi köklərə malikdirlər. Bütün tarix boyunca azərbaycanlılar İran xalqının şöhrətini, şərəfini və mədəniyyətini müdafiə ediblər.
Sonra Əhmədinejad toplaşanlara Azərbaycan dilində müraciət edib: "Sizin mənim qəlbimdə yeriniz var. Azərbaycanı istəməyənlər ölüblər. Azərbaycan var olsun, cavanları sağ olsun”.