`Ana dilimizə hörmət olunmur` - Deputat

`Ana dilimizə hörmət olunmur` - Deputat
  01 Oktyabr 2014    Oxunub:2251
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli `Reklam haqqında` Qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, reklam bazar iqtisadiyyatının mühüm atributudur.:

`Şirkətlər öz mal və xidmətlərini davamlı şəkildə reallaşdırılmasını təmin etməkdən ötrü öz gəlirlərinin 3-5 faizi, bəzi hallarda hətta 20 faizini belə reklama yönəldirlər. Bizdə reklam işinin nə dərəcədə bərbad vəziyyətdə olduğunu görməkdən ötrü Bakı küçələrini 15 dəqiqə gəzmək kifayətdir. Bütün dillərə hörmət və ehtiramla yanaşı,həm də Azərbaycan qanunvericiliyinə görə, reklam əvvəlcə Azərbaycan dilində olmalıdır. Amma bir çox hallarda reklamlar birbaşa xarici dillərdədir və ana dilimizə hörmət olunmur. Reklam sahəsində dil, estetik, dizayn, yerləşdirmə və sair bu kimi problemləri həll etməkdən ötrü reklam haqqqında yeni qanunun qəbul edilməsini zəruri hesab edirik`

AzVision.az.


Teqlər:





Xəbər lenti