Ermənistan BMT-ni saymır
Kəlbəcərin işğalından sonra 1993 -cü ilin bu günündə qəbul olunan bu qətnamə işğalçı qüvvələrin Kəlbəcərdən dərhal çıxarılmasını tələb etsə da, buna əməl olunmur. Hətta BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Tarixi-mədəni abidələrimizi də özününküləşdirməyə çalışan ermənilər bu gün də Kəlbəcərin zəngin qızıl yataqlarını talan etməkdədirlər. Rəsmi Bakı hesab edir ki, sülh prosesinin irəliyə getməsi üçün ilk növbədə işğalçı Ermənistan Azərbaycan torpaqlarını tərk etməli, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıtmalıdır.
Bunun üçün isə beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistana təzyiq göstərilməli, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qeyd-şərtsiz yerinə yetirilməlidir.