Kraliça saqqız təmizləyən axtarır - maaş 20 min
Krallığın rəsmi internet səhifəsində yayımlanan iş elanında vurğulanır ki, bu işçi dövlətə məxsus tarixi məkanlarda döşəmə və mebellərə yapışdırılmış saqqızları təmizləyəcək. Saqqız təmizləyən, həmçinin Bukingem sarayındakı saqqızları təmizləməli, pilləkənləri silməli, kraliçanın yatağını toplamalı və onun istifadə etdiyi stəkan və boşqabları yumalıdır.
Sarayın verdiyi rəsmi açıqlamaya görə, saraya baş çəkən vətəndaşların bəzisi gedəndə saqqızlarını sarayda qoyurlar və onları təmizləmək lazım gəlir.
Qeyd edək ki, Şotlandiyadakı kral sarayına il ərzində 250 min nəfər gəlir.
Fatimə Kərimli