Türkiyə İŞİD-ə qarşı ordu göndərir

Türkiyə İŞİD-ə qarşı ordu göndərir
  02 Oktyabr 2014    Oxunub:2530
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özal bəyan edib ki, Suriyaya əlavə ordu dəstələri göndəriləcək.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu bölüklər Osmanlı imperiyasının rəhbərlərinin babası Süleyman şahın məqbərəsini qoruyacaq.

“Unutmayın, siz orda tək deyilsiniz. Sizin arxanızda 76 milyonluq türk xalqı dayanır. Bizim ürəklərimiz sizinlədir. Əmin oluna bibərsiziniz ki, sizin bir sözünüzdən sonra Türkiyə Silahlı Qüvvələri dərhal sizin yanınızda olacaq”, - deyəm Özal bildirib.

Osmanlı sultanlığının banisi I Osmanın babası –Süleyman şahın məqbərəsi Suriyanın Hələb şəhərində yerləşir. 1921-ci ildə bağlanan müqaviləyə əsasən məqbərənin yerləşdiyi ərazi Türkiyə torpağı hesab olunur və onu türk əsgərləri qoruyur.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti