Sərhəd məntəqəsi istifadəyə verildi

Sərhəd məntəqəsi istifadəyə verildi
  03 Oktyabr 2014    Oxunub:1361
Azərbaycanla sərhəd yaxınlığında, azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonu ərazisində Gürcüstanın yeni sərhəd məntəqəsi istifadəyə verilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, “Vaxtanqisi” adlanan məntəqənin açılışını Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidze edib.

Tədbirdə Gürcüstan Sərhəd Polisinin rəhbəri Zurab Qamezardaşvili də iştirak edib.

Məntəqə müasir texniki avadanlıqlarla təchiz edilib. Bu cür sərhəd məntəqələri həmçinin Gürcüstanın Türkiyə, Rusiyan və Ermənistanla həmsərhəd bölgələrində tikilib.


Teqlər:





Xəbər lenti