Ötən il 25 medal aldılar

Aypara və səkkizguşə ulduzlu, üzərində «Təhsildə xüsusi nailiyyətlərə görə» sözləri həkk edilən qızıl və gümüş medala layiq görülənlər arasında yenə də Bakı yetirmələri öz çəkisini qorudu. Belə ki, 2010-2011-ci tədris ilinin yekununda qızıl medala layiq görülən şagirdlərimizin sayı 13, gümüş medalla təltif edilənlərin sayı isə 5 nəfər olub.
2011-2012-ci tədris ilində qızıl və gümüş medala layiq görülən məzunlarımızın sayı yüksələrək 25 nəfər çatıb. Onlardan 20-si qızıl, 5-i isə gümüş medal qazanıb.
Anar