İŞİD terror təşkilatı Suriyanın Türkiyə sərhəddində yerləşən Kobani şəhərini ələ keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 gündür mühasirədə olan şəhərdə İŞİD-in bayrağı dalğalandırılıb. Bu barədə məlumatı isə “Reuters” informasiya agentliyi yayıb. Məlumatda qeyd olunur ki, terror təşkilatının bayrağı dalğalandırılmadan əvvəl şəhərin şərq tərəfində bəzi kürd qruplaşamları ilə İŞİD arasında qarşıdurmalar baş verib və atışma səsləri eşidilib.