“Angela Merkel dövlət naharlarında "sülənirdi"”

“Angela Merkel dövlət naharlarında "sülənirdi"”
  06 Oktyabr 2014    Oxunub:3038
Keçmiş sovet lideri Mixail Qorbaçov dövründə Almaniya kansleri olan Helmut Kolla müsahibələr kitab şəklində dərc olunub.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, "Miras: Kol əlyazmaları" adlı kitabda H.Kol M.Qorbaçov və Almaniyanın indiki kansleri Angela Merkel haqda kəskin danışıb.

H.Kol deyib ki, SSRİ iqtisadiyyatı can verirdi, bu zaman Qorbaçov oyunun bitdiyini etiraf etdi. O, rejimi canlandıra bilmədi. H.Kolun fikrincə, Qorbaçov kommunizmə son qoydu, ancaq bu, onun istəyinin əleyhinə oldu. Hər şey zorakılıqsız, qansız-qadasız baş verdi...

Almaniyanın sabiq kansleri deyib ki, o, çox fikirləşsə də M.Qorbaçovun real olaraq daha nəyi miras qoyduğunu tapa bilmir.

Tarixdə ən uzunmüddətli kansler olan, Almaniyanı birləşdirən H.Kol vaxtilə indiki kansler A.Merkeli "qabağa itələyib". Ancaq 1999-cu ildə dövlət xərcləri ilə bağlı qalmaqaldan sonra araları dəyib.

İndi H.Kol A.Merkel haqda deyir: "Merkel heç çəngəl-bıçağı da düzgün tuta bilmirdi. O, dövlət naharlarında "sülənirdi". Hətta mən ona dedim ki, özünü toplasın".

"The Guardian" qəzeti yazır ki, 84 yaşlı H.Kolun əlyazmalarındakı bu ton belə təəssürat oyadır ki, o, bunların çap olunacağını düşünməyib. Sayı 100 olan bu müsahibələri jurnalist Herbert Şvan 2001-2002-ci illərdə götürüb.

H.Şvan deyir ki, bunlar H.Kolun bioqrafiyasının 4-cü cildi olmalı idi. Ancaq onu H.Kolun bioqraflığından çıxarıblar və tələb olunub ki, müsahibələrin lent yazılarını təhvil versin. Bundan sonra H.Şvan müsahibələri dərc etmək qərarına gəlib.

"The Guardian" H.Kolun xatirələrindən belə bir psixoloji nəticə də çıxarır ki, sabiq kansler gözlədiyi qiyməti almayan siyasətçi təəssüratı bağışlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti