Sabah ay tutulacaq
“Selenelion” adı verilən kosmik hadisədəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununla da Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq.
Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.
Teqlər: