Fizika üzrə Nobel mükafatı yapon alimlərinə verildi

Fizika üzrə Nobel mükafatı  yapon alimlərinə verildi
  07 Oktyabr 2014    Oxunub:1588
2014-cü il fizika üzrə Nobel mükafatı 3 yaponiyalı alimə verildi. İsamu Aksaki, Hiroşi Amano və Shuji Nakamura bu mükafata az enerjili, effektiv mavi işıq diodları - LED sahəsində gördükləri işlərə görə layiq görülüblər.
Qərarda deyilir ki, bu alimlər parlaq və enerjiyə qənaət edən ağ işıq mənbəyi olan mavi diodları ixtira ediblər.

Nobel Komitəsinin qərarında bildirilir ki, bu alimlərin işləri sayəsində yüksək səmərəli ağ işıq mənbələri ümumi istifadəyə verildi, gündəlik cihazlarda, məsələn, smartfonlarda bunlardan istifadə olunur.

Nobel Komitəsi qeyd edir ki, qırmızı və yaşıl işıq diodları on illərlə istifadədə idi. Mavi LED isə bu sahədə inqilab etdi.


Teqlər:





Xəbər lenti