Milyonçumuzun adına küçə verilə bilər

Milyonçumuzun adına küçə verilə bilər
  07 Oktyabr 2014    Oxunub:1864
Moskva küçələrindən biri Vahid Ələkbərovun adını daşıya bilər.
Moskvada Azərbaycan əsilli zəngin işadamı Vahid Ələkbərovun adı Moskva küçələrindən birinə verilə bilər

«İzvestiya» qəzetinin Ümumrusiya Əlillər Cəmiyyəti Moskva şəhər təşkilatının sədri Igor Fedotova istinadla verdiyi xəbərdə belə deyilir.

Troitski və Novomoskovski inzibati dairələrinin prefekturalarına yazılı müraciət ünvanlayan I.Fedotov «Yeni Moskva»nın küçələrinə paytaxtın abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının verilməsini təklif edib. Konkret təkliflər siyahısında Vahid Ələkbərovla yanaşı başqa məşhurların da adları çəkilir.

Müraciətə prefekturaların işçi qrupu toplantısında baxılacaq və yeni adlandırılacaq mümkün küçələr müəyyənləşdiriləcək. Qüvvədə olan qanunvericiliyə görə, şəhər obyektlərinin hələ yaşayan insanların adını daşıması üçün Moskva merinin və ya Rusiya prezidentinin tövsiyəsi vacib sayılır. İgor Fedotovun fikrincə, Moskvanın inkişafında böyük xidmətləri olan məşhur xeyriyyəçi adlarının paytaxt küçələrində əbədiləşdirilməsi ənənəsi əvvəllər də olub və bu ənənəni bərpa etməyin vaxtı çatıb. (azadliq.org)


Teqlər:





Xəbər lenti