Sabiq prezidenti ömürlük həbs gözləyir

Sabiq prezidenti ömürlük həbs gözləyir
  08 Oktyabr 2014    Oxunub:1733
Haaqa Beynəlxalq Tribunalında Serbiyanın sabiq prezidenti Radovan Karaciçin işi üzrə məhkəmə prosesi yekun mərhələyə daxil olub.
Oktyabrın 7-də tərəflər yekun sözü ilə çıxış ediblər. Bundan sonra dinləmələr bitmiş elan olunub və hakimlər qərar çıxarmağa gediblər.

AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, prokuror Alan Tieger öz təqsirsizliyində israr edən Karaciçə ömürlük həbs cəzası tələb edib. Gözlənildiyinə görə, hakimlərin materialları öyrənməsi azı bir neçə ay çəkəcək. “İşin həcmi müqayisə olunmazdır. İlk şahid məhkəmədə 2010-cu ilin aprelində, sonuncusu isə 2014-cü ilin aprelində ifadə verib. Dörd il ərzində ümumilikdə 600-dək şəxs dinlənilib, iş isə on minlərlə səhifədən ibarətdir” – deyə məhkəmə iclasının sədri O Qon Kvon bildirib.
Keçmiş prezident Bosniya müsəlmanlarının və xorvatların soyqırımında, həmçinin Bosniya və Hersoqovinadakı müsəlman anklavında 1995-ci ilin iyununda 8 minə yaxın kişi və gəncin öldürülməsi ilə nəticələnmiş qətliamda ittiham olunur. Karaciç sübutları “qeyri-dəqiq və etibarsız” adlandıraraq deyib ki, baş vermiş bir çox hadisələrdə onun zərrə qədər iştirakı olmayıb. “Əminəm ki, hakimlər sənədləri diqqətlə öyrənərək bəraət hökmü çıxaracaqlar” - Karaciç çıxışını bu sözlərlə yekunlaşdırıb.

Serbiyanın xüsusi xidmət orqanları Haaqa tribunalından 13 il gizlənən Radovan Karaciçi 2008-ci ilin iyununda Belqradda həbs etmişdilər. Onun məhkəməsi isə 2009-cu ilin oktyabrında başlamışdı.


Teqlər:  





Xəbər lenti