`Koçaryan xain və satqındır`
"Dünyada belə sistem yoxdur ki, dövlət mülkiyyətini sataraq borc ödəyəsən, necə ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan edirdi", - deyə Ayrikyan bildirib.
O, qeyd edib ki, Koçaryan hakimiyyətdə qalmaq üçün hər şeyə getməyə hazır idi:
"Doğrudanmı siz düşünürsünüz ki, Robert Koçaryanı gözəl gözlərə görə AFK "Sistem"-ın direktorlar şurasına üzv seçdilər? Koçaryan ona aid olmayan ölkəni havayı satdı. Bununla da böyük kapital yığıb".
Robert Koçaryanın yenidən siyasətə qayıtmaq istəməsi Ayrikyanı hiddətləndirib.
Müxalifət liderinin fikrincə, bu Ermənistanda sağlam düşüncə olmadığının göstəricisidir: "Milli sərvətin satışı ilə öz ölkəsinin milli əmlakını dağıdıb borclarını ödəyən prezident satqın və xaindir". (Anspress)
Teqlər: