Türkiyədə komendant saatı elan edildi

Türkiyədə komendant saatı elan edildi
  08 Oktyabr 2014    Oxunub:5040
Türkiyənin bəzi şəhərlərində baş verən iğtişaşlara görə bir neçə şəhərdə komendant saatı elan edilib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakır şəhərində isə koemndant saatı oktyabrın 6-a qədər uzadılıb. Diyarbakırdan başqa Mardin, Siirt, Muş, Van və Batman əyalətində də oktyabrın 7-si Türkiyə vaxtı ilə 22.00-dan oktyabrın 8-i 07.00-ə küçəyə çıxmaq qadağan olunub.

Bunun səbəbi olaraq isə iğtişaşlar nəticəsində pozulmuş asayişin və təhlükəsizliyin yenidən bərpa olunması göstərilir.

Mardin şəhərinin isə Qızıltəpə, Nusaybin, Derik, Dargeçit, Mazıdağı, Savur əyalətlərində isə yerli vaxtla 17:00-dan etibarən küçəyə çıxmaq qadağan olunub. Qadağa əyalətlərdə polis, məscid və bələdiyyələr vasitəsilə əhaliyə elan edilib.

Qeyd edək ki, iğtişaşlara səbəb Suriyanın Kobani şəhərində yaranmış vəziyyətdir. Belə ki, bu şəhəri mühasirəyə alan “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında döyüşlər gedir. Türkiyəli etirazçılar isə rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxırlar.
Etiraz askiyalarını keçirənlər əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarlarıdır.

Aksioyalar zamanı ilkin məlumata görə, 15 nəfər həlak olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti