Kəlbəcər girovlarının məhkəməsi başlayır

Kəlbəcər girovlarının məhkəməsi başlayır
  08 Oktyabr 2014    Oxunub:2526
Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəmə prosesi başlayır.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Xankəndi məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əskərovla istintaq materiallarının artıq məhkəmə verildiyini, ancaq prosesin konkret başlama tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib. Bu məhkəmə prosesinə Anatoli Tadevosyanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti