İŞİD-ə daha bir ağır zərbə
Parlamentdə bununla bağlı keçirilən iclasda 157 deputat bu qərarın xeyrinə, 134 nəfər isə əleyhinə səs verib.
Kanada hökuməti İraqdakı hərbi əməliyyatlara altı ədəd “F-18” qırıcı təyyarələri, iki kəşfiyyat təyyarəsi “Aurora” və “Airbus CC-150 Polaris” təyyarəsi göndərəcək. Ümumilikdə hərbi əməliyyatlarda təxminən 600 hərbçi iştirak edib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev