Sarkisyanı Minskdən qovacaqlar

Sarkisyanı Minskdən qovacaqlar
  08 Oktyabr 2014    Oxunub:2199
Oktyabrın 10-da Minskdə keçiriləcək Avrasiya İttifaqı sammitində Ermənistanın bu təşkilata üzv olması niyyəti baş tutmayacaq.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, bu məsələ artıq bir neçə gündür ki, erməni mətbuatının gündəmindədir. Erməni mətbuatını narahat edən odur ki, MDB-nin və Avrasiya İttifaqının Minskdə keçiriləcək sammiti üçün Rusiya prezidenti Vladimir Putin üçün tutulmuş gündəlikdə Ermənistanın Avrasiya İttifaqına qoşulması məsələsi yoxdur.

Erməni jurnalistlər məsələ ilə bağlı müxtəlif şərhlər edirlər. Bəziləri iddia edir ki, məsələ sadəcə unudulub. Digərləri isə Kremlin məsələni gerçəkləşdirmək fikri olmadığını və Ermənistanın oktyabrın 10-da Avrasiya İttifaqına girə bilməyəcəyini ehtimal edirlər.

Erməni mətbuatında məsələ ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Məsələn, erməni şərhçi Akop Badalyanın yazdığına görə, məsələ Minskə səfəri gözlənən Azərbaycan XİN başçısı Elman Məmmədyarovun Lukaşenko ilə anlaşmasından qaynaqlanır. Şərhçinin iddiasına görə, Lukaşenko onu qəbul edərək söz verib ki, Azərbaycanı bütün mümkün və qeyri-mümkün üsullardan istifadə edəcək. “Yəqin ki, Ermənistanın İttifaqa daxil olması məsələsi də istisna olmayacaq. Ona görə də oktyabrın 10-da Minskdə sammitin necə cərəyan edəcəyini təsəvvür etmək çətin deyil. Təxminən 29 may senarisi təkrar olunacaq”,- deyə Akop Badalyan vurğulayır.


Teqlər:





Xəbər lenti