Türkiyədə dərslər və təyyarə uçuşları dayandırıldı - YENİLƏNİB

Türkiyədə dərslər və təyyarə uçuşları dayandırıldı - YENİLƏNİB
  08 Oktyabr 2014    Oxunub:2128
Türkiyənin bəzi şəhərlərində komendant saatından sonra məktəblərdə də tətil elan edilib.
Türk Hava Yolları ölkənin Diyarbakır şəhərinə təyyarə uçuşlarını təxirə salıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, şəhərdə komandent saatı elan edilməsi ilə bağlıdır. Kobanidəki İŞİD hücumlarına qarşı etiraz aksiyalarının keçirildiyi şəhərdə vəziyyət gərgin olduğundan komendant saatı elan edilib və bu gün yerli vaxtla saat 02:00 və 07:15-də planlaşdırılan uçuşlar təxirə salınıb.

***

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir, Hakkari, Van və Batman vilayətlərində keçirilən etiraz aksiyaları ilə əlaqədar məktəblər bağlanıb. Həmin şəhərlərdə ilkin olaraq dərslər bir günlük dayandırılıb.

Qeyd edək ki, 15 nəfərin həlak olduğu etiraz aksiyalarına görə, ölkənin 6 vilayətində komendant saatı elan edilib. Aksiya iştirakçıları Türkiyə hökumətinin Suriyanın Kobani şəhərindəki vəziyyətə müdaxilə etməməyinə etiraz edirlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti