Klinton ABŞ-ın yeni prezidenti olacaq

Klinton ABŞ-ın yeni prezidenti olacaq
  08 Oktyabr 2014    Oxunub:2068
ABŞ-ın sabiq dövlət katibi Hilari Klinton 2016-cı il prezident seçkilərində iştirak edəcək və bu seçkilərdə qalib gələcək.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder Uorren Baffet bildirib.

“Hilari qalib gələcək. Mən bura pul qoyacam. Mən isə heç nəyi elə belə etmirəm”, - deyə Baffet Kaliforniyada “Fortune” jurnalının təşkil etdiyi “ən nüfuzlu qadınlar” forumunun gedişi zamanı bildirib.

Baffet hesab edir ki, rəsmi olaraq Klinton seçkilərə qatılmaq barədə niyyətini mümkün qədər gec açıqlayacaq. Lakin bir sıra ABŞ politoloqları onun artıq seçkiöncəsi kampaniyaya başladığını qeyd edirlər.

Baffet dünyanın ən varlı insanlarından birdiir. Onun sərvətinin 67 milyard dollar dəyərində olduğu bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti