`Kobanidə baş verənlər Azərbaycanda olsaydı...`

`Kobanidə baş verənlər Azərbaycanda olsaydı...`
  08 Oktyabr 2014    Oxunub:2488
Türkiyənin kürd millətçilərindən ibarət HDP partiyasının başqanı Səlahəddin Demirtaş Kobanidəki olaylarla bağlı etirazlarını bildirib.
AzVision.az xəbər verir ki, Demirtaş Kobani etirazlarında Atatürkün büstlərinə olan hücumları qınayıb və tərəfdarlarına provokasiya xəbərdarlığı edib:

“Bayrağı və Atatürkün büstünü yandıranları qınayıram. Bunlar Qərbdən Şərqə dəstək olmasın deyə yaradılan provokasiyadır. Bu torpaqlar heç kimin atasının neft quyusu deyil, xalqların öz yurdudur. Kobani şəhərini müdafiə etməkçün koridor açılmalıdır. Bu dirənişi qələbəyə aparacağıq. Buna ürəkdən inanıram”.

HDP lideri Kobani etirazlarını Azərbaycanla da müqayisə edib:

“Kobani deyil, Azərbaycan olsaydı, türk xalqı da sərhədə yığılsaydı hökümət onları qazla dağıdacaqdı? İnsanlar buranı boşaltmazlar, övladları orada İŞİD qətliamı ilə üz-üzədir. Hökümət bu duyğunu anlamır. Xalqımız geri addım atmadan dirənişini davam etdirərsə mühasirənin qırılacağına inanırıq”.

Emin Piri


Teqlər:  





Xəbər lenti