ABŞ Kobanidə İŞİD-i vurdu
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən aviazərbələr hazırda döyüşlərin getdiyi Kobaninin şərq hissəsinə endirilib.
“Reuters” agentliyi xəbər verir ki, aviazərbələr daha əvvəl terrorçuların ələ keçirdiyi ərazilərə endirilib və İŞİD yaraqlıları tutduqları mövqeləri tərk etməyə məruz qalıblar.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev