Arif Hacılı 4 nəfəri müşavir təyin etdi

Arif Hacılı 4 nəfəri müşavir təyin etdi
  08 Oktyabr 2014    Oxunub:2317
Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müşavirlərinin təyini ilə bağlı sərəncamlar imzalayıb.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, sərəncamla başqan özünə 4 yeni müşavir təyin edib. Belə ki, Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Elman Həsənov, Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Dadaş Əhmədov Müsavat Partiyası Məclisinin üzvü Cahangir Əmirxanlı və Müsavat Partiyası Məclisinin üzvü Azər İsmayıl başqanın müşaviri vəzifsəini yerinə yetirəcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti