Sərnişinlərə müjdə

Sərnişinlərə müjdə
  01 May 2013    Oxunub:1520
Sabahdan şəhərətrafı marşrutlarda, şəhərdaxili, qəsəbədaxili və qəsəbələrarası hərəkət edən sərnişinlər üçün gediş haqqı 20 qəpik olacaq.
Yeni qərara əsasən sərnişindaşıma tarifi avtobuslarda və yadanacaqlarda sərnişinlərin aydın görə biləcəyi bir formada yerləşdiriləcək: "Elə marşrutlar var ki, şəhərin müxtəlif yerlərinə aparır ucuz, ancaq Masazıra 30 qəpiyə aparır. Nəinki mən, çox müştəri narazıçılıq edir. Amma 20 qəpik yaxşıdır". Sürücülər isə yeni qərardan narahatdır. Çünki belə olan halda sürücülərin gündəlik planı ödəmək imkanı məhdudlaşır.

Sürücü Əlfaim Bağırov deyir ki, hamısından yaxşı maaş olsun: "Maaş olsa lap yaxşı olar ki, maaşın versin, kartın vursun, düşsün getsin, bizdə rahat intervalnan gedərik". Digər sürücü isə deyir onda yəqin ki, planı aşağı salacaqlar, onda həmin şey olar: "Çünki əgər 20 qəpik olanda indiki planı ödəməyəcəyik, az ödəyəcəyik".

Qeyd edək ki, Tarif Şurası bəzi marşrutlar üzrə məsafənin dəyişdirildiyi və yeni marşrutların açıldığını nəzərə alaraq avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yeni marşrutlara uyğunlaşdırılmasına dair qərar qəbul edib. Yeni tariflər may ayının 1–dən qüvvəyə minəcək.


Teqlər:





Xəbər lenti