Qazaxıstan “Yeni SSRİ”ni təsdiqlədi

Qazaxıstan “Yeni SSRİ”ni təsdiqlədi
  09 Oktyabr 2014    Oxunub:3355
Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında sazişi təsdiqləyib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadın xəbər verir.

Qanun layihəsi imzalanmaq üçün Qazaxıstan prezidenti Nursultan Nazarbayeva göndərilib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti