Ermənistanın aviaşirkəti satılır
Məlumata əsasən şirkətin əmlakı satılaraq beynəlxalq borclarının və işçilərin əmək haqlarının ödənilməsinə sərf olunacaq.
Qeyd edək ki, sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılıb.Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bir neçə dəfə vaxt verilsə də, şirkət rəhbərliyi borcların azaldılması ilə əlaqədar heç bir addım atmayıb.
Ümumilikdə, “Air Armenia” aviaşirkətinin Rusiya tərəfinə ümumilikdə 1,1 milyon dollar borcu var.
“Air Armenia” aviaşirkəti 2003-cü ildə yaradılıb. İlkin olaraq şirkət yük daşımaları məşğul olub, 2013-cü ildə isə sərnişin daşımaları həyata keçirmək üçün lisenziya alıb. Şirkət Rusiyanın Moskva, Sankt – Peterburq, Soçi, Krasnodar və bir sıra digər şirkətlərinə uçuşlar həyata keçirir.
Eldar Tanrıverdiyev