Xaricdə işləyən azərbaycanlılara yeni şərt

Xaricdə işləyən azərbaycanlılara yeni şərt
  10 Oktyabr 2014    Oxunub:2139
Xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları ilə bağlı yeni şərtlər tətbiq olunur.
AzVision.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə yeni maddə əlavə olunur.

Yeni 39-1.-ci maddəyə görə, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçəcək. Qeydiyyat prosesini Azərbaycanın xarici ölkələrdəki konsulları həyata keçirəcək.

Layihə Milli Məclisin oktyabrın 17-də keçiriləcək plenar iclasına tövsiyə olunub.


Teqlər:  





Xəbər lenti