Onlar günü 15 manata işləyirlər

Onlar günü 15 manata işləyirlər
  10 Oktyabr 2014    Oxunub:4826
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə rəsmi məlumat yayıb.

Komitədən AzVision.az-a verilən məlumata görə, 2014-cü il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti