Poroşenko Lukaşenkodan üzr istədi

Poroşenko Lukaşenkodan üzr istədi
  10 Oktyabr 2014    Oxunub:2980
Ukrayna prezidenti Pyotr Poroşenko belaruslu həmkarı Aleksandr Lukaşenkoya zəng edib.
Bu barədə AzVision.az Belarus KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən hökumət başçıları Minskdə keçiriləcək MDB sammitinin gündəliyini müzakirə ediblər.

Poroşenko sammitə şəxsən qatılmayacağı üçün Lukaşenkodan üzr istəyib və ondan Ukraynanın mövqeyini sammitin digər iştirakçılarına çatdırmasını xahiş edib.
Qeyd edək ki, Ukraynanı MDB hökumət başçıları sammitində bu ölkənin Belarusdakı səfiri təmsil edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti