Ukraynalı nazir Azərbaycan idmanından danışdı
O, Azərbaycanın artıq bir idman ölkəsinə çevrildiyini, Olimpiya Hərəkatında böyük müvəffəqiyyətlər qazandığını, 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyini qeyd edib. Diplomat, həmçinin Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti, bu qurumun Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq münasibətlərindən danışıb.
Səfir ukraynalı nazirin oktyabrın sonlarında Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma dəvət edildiyini xatırladıb.
Nazir Dmitriy Bulatov Bakıda keçiriləcək foruma dəvətə görə minnətdarlığını bildirib, bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
O, Azərbaycan ilə Ukrayna arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
D.Bulatov son illərdə Ukraynada idman sahəsinin ciddi çətinliklərlə üzləşdiyini, lakin yeni hökumətin bu istiqamətdə əsaslı islahatlar həyata keçirməkdə qərarlı olduğunu bildirib. Nazir bu sahədə atılan ilk uğurlu addımlar, həyata keçirilən idman siyasəti barədə məlumat verib, Ukrayna Milli Olimpiya Komitəsinin Azərbaycan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq əlaqələrindən danışıb.
D.Bulatov bu yaxınlarda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla Cenevrədə görüşdüyünü, gənclər və idman sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıqlarını bildirib.