Kim Çen In niyə yoxa çıxıb? - Təfərrüat
Bu barədə “Reuters” agentliyinə Şimali Koreya hökümətində olan mənbəsi xəbər verib.
Onun sözlərinə görə KimÇen In avqus-sentyabr aylarında keçirilən hərbi təlimlər zamanı zədələnib. “O generallara təlimlərdə iştrak etmə əmri verir və özü də belə edir. Onlar sürünürdülər, qaçırdılar və bu zaman Kim Çen In vətərini zədələyir”- deyə mənbə bildirib.
O qeyd edib ki, həddindən artıq çəki KXDR liderinin topuq və dizdən zədə almasına səbəb olub. “Əvvəlcə o axsayırdısa, sonradan vəziyyəti getdikcə pisləşir”- deyə mənbə qeyd edib. Bundan əlavə mənbə Kim Çen Ina sağalmaq üçün 100 günə yaxın vaxt lazım olduğunu bildirib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın bir aya yaxındır ki, ictimaiyyət arasında görünməməsi diqqət çəkib. Bəzi şayiələrə görə, onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir.(Ans)