“Heç kim iranlıların başına papaq qoya bilməz”

“Heç kim iranlıların başına papaq qoya bilməz”
  15 Fevral 2013    Oxunub:2162
İran prezidenti başına papaq qoymaqla xalqının yanında olduğunu bəyan edib.
Fevralın 14-də Buşehrə səfər edən İran prezidenti Mahmud Əhmədinejad əyalət rəsmiləri qarşısında çıxış edərək hökumətin uğurlarından və xarici düşməndən danışıb.

Əhmədinejad çıxışından sonra əyalət rəsmilərinin ona hədiyyə etdiyi yerli geyimi aldıqdan sonra öz siyasi rəqiblərinə də mesaj göndərib: “Dünyanın müxtəlif yerlərinə səfərlərimdə mənə çoxlu geyimlər hədiyyə ediblər. Onların arasında papaqlar da olub. Lakin heç kəs Əhmədinejadın başına papaq qoya bilməz. Çünki İran xalqının başına papaq qoya bilməz. Lakin mən bu gün tam iftixar hissi ilə Rəisəli Delvarinin papağını başıma qoymaqla İran xalqının yanında olduğumu bildirmək istəyirəm”.


Teqlər:  





Xəbər lenti