Prezident: “Maaşlar artırılmalıdır”
Məlumata əsasən, həftəlik müraciəti zamanı Barak Obama 1990-cı illərdən bəri yeni iş yerlərinin açılışının ilk dəfə sürətləndiyini deyib. O, həmin illərdən bəri amerikalıların maaşlarında artım müşahidə edilmədiyini vurğulayıb.
ABŞ dövlət başçısı minimum əmək haqqını saatda 10 dollar 10 sent artırmaqla insanlara tez və sadə yolla yardım etməyin mümkünlüyünü qeyd edib. Amerikada hazırda minimum əmək haqqı ildə 14 min 500 dollar təşkil edir. Prezident belə gəlirlə uşaqlı ailələrin yoxsulluq həddindən aşağı səviyyədə yaşadıqlarını deyib.
Obama Konqresi əmək haqlarının qaldırılmasına çağırıb. O deyib ki, məvaciblərin qaldırılması uğrunda mübarizəsini davam etdirəcək. Prezident deyib ki, Amerika ağır əməyin dəyərləndirildiyi bir ölkə olmalıdır. (ans)