Nazirlər Kabineti yollarla bağlı qaydanı təsdiqlədi

Nazirlər Kabineti yollarla bağlı qaydanı təsdiqlədi
  12 Oktyabr 2014    Oxunub:1853
AzVision.az - ın məlumatına görə, Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsinə əsasən hazırlanıb və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.

Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərti ilə yerləşdirilir.

Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərti ilə yerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi ərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadan imtina edilir.

Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti