“İphone” və “İpad”lara gözlənilməz Qadağa

“İphone” və “İpad”lara gözlənilməz Qadağa
  13 Oktyabr 2014    Oxunub:4455
Yanvar ayının birindən etibarən Rusiya ərazisində bütün “İphone”lar qadağan olunacaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən 01 yanvar 2015-ci ildən qüvvəyə minəcək qərara görə, Rusiya vətəndaşlarının şəxsi məlumatları ölkə ərazisində saxlanılmalıdır. “Apple” şirkətinin isə Rusiyada öz serverləri yoxdur və Rusiya vətəndaşlarının şəxsi məlumatları şirkətin Kaliforniyadakı serverlərində saxlanılır.

“Nə “Apple” nə də istənilən digər şirkətin istifadəçilərin kontentini 2015-ci ilin əvvəlinə qədər Rusiya ərazisinə daşıması imkanı olmayacaq”, - deyə Rusiyada internet-ombudsman Dmitriy Mariniçev bildirib.

Qeyd edək ki, daha əvvəl yeni qanunun 2016-ci ilin sentyabr ayında qüvvəyə minəcəyi nəzərdə tutulurdu. Lakin Rusiya Dövlət dumasının deputatları ilə bu qərarın qüvvəyə minmə tarixi 1 yanvar 2015-ci ilədək irəli çəkilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti