Qazaxıstanda 4 azərbaycanlı tutuldu
Saxlanılan şəxslərdən üç gəmi və nərə cinsindən olan 71 balıq müsadirə olub.
“Dövlət sərhədinin pozulması faktı qeydə alınandan sonra keçirilən əməliyyat zamanı 4 Azərbaycan vətəndaşı saxlanılıb. Qazaxıstan sərhədçiləri üç ədəd “Yamaxa -200” mühərrikilə təchiz olunan “Bayda” tipli qayıq müsadirə olunub. Brakonyerlər sərhədçiləri gördükdən sonra tutduqları balıqları dənizə atıblar”, - deyə Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir.
Eldar Tanrıverdiyev