Baş nazir: “Ermənistan Qarabağda müharibəyə hazırdır”

Baş nazir: “Ermənistan Qarabağda müharibəyə hazırdır”
  13 Oktyabr 2014    Oxunub:2480
Ermənistandan Qarabağda müharibəyə hazırdır.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda erməni icması ilə görüşü zamanı Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Abramyanın sözlərinə görə, Qarabağ münaqişəsi hələ də nizamlanmayıb. Türkiyə isə öz növbəsində bu vəziyyəti əsas gətirərək Ermənistanın blokadasını davam etdirir: “Bütün bu faktorlar bizi xarici siyasət kursunun seçimi zamanı ehtiyatlı olmağa məcbur edir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsini istəyir, lakin biz müharibə başlayacağı təqdirdə düşmənə layiqli cavab verməyə, Ermənistan sərhədini və xalqını qorumağa da hazırıq. “Ermənistan-Qarabağ-Diaspora üçlüyü bizim uğurumuzun yeganə özəyidir. Ermənistanın müasir tarixi göstərir ki, yalnız birlik də biz erməni xalqı qarşısında duran daxili və xarici çağırışlara cavab verə bilərik. əgər Ermənistanda yaşaya bilmirsizsə, onun uğurları ilə yaşaya, əldə etdiyi nailiyyətlərə sevinə bilərsiniz”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti