Həmsədrlər Sarkisyanla görüşəcək

Həmsədrlər Sarkisyanla görüşəcək
  13 Oktyabr 2014    Oxunub:1691
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andrie (Fransa) oktyabrın 17-də Ermənistana səfər edəcək.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan jurnalistlərə açıqlamasında bildirib.

Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçirəcək.

Qeyd edək ki, Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşdən sonra həmsədrlər yaxın zamanlarda regiona səfər edəcəklərini bəyan ediblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti