Kabalyedən Azərbaycana növbəti sayğısızlıq

Kabalyedən Azərbaycana növbəti sayğısızlıq
  13 Oktyabr 2014    Oxunub:3565
Dünyanın ən məşhur opera müğənnisi Monserat Kabalye oktyabrın 12-i Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağa səfərə gəlib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən oktyabrın 14-ü atəşkəs barədə sazişin imzalanması münasibətilə Xankəndində “Dirçəlmə” meydanında opera müğənnisinin eksklüziv konserti keçiriləcək.

Qeyd edək ki, Monserat Kabalye2013-cü ilin iyununda ilk dəfə Qarabağa səfər edib. Elə həmin ilin dekabrın 12-də Parisdə Kabalyenin “Ermənistan, Arsax: xristianlıq adası” albomunun təqdimat mərasimi keçirilib. Məhz Parisdə məşhur Opera müğənnisi yenədən Qarabağa səfər edəcəyini bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti