Bir həftədə 1 milyard ziyan - VİDEO
ANS TV-nin məlumatına görə, "Kobaniyə dəstək" adı altında kecirilən aksiyalar bu gecə Hakkari, Mardin, Diyarbəkir, Antep şəhərlərində aranı qarışdırıb. Etirazçılar məktəbləri dövlət orqanlarının binalarını yandırıb. Öz növbəsində çevik polis qrupları da aksiya iştirakçılarına bibər qazları və su şırnaqları ilə müdaxilə edib.
Kobaniyə dəstək aksiyaları günlərdir İstanbulu da çalxalayıb. İstanbul və Boğaziçi Universitetlərində İŞİD silahlılarının Kobaniyə hücumlarına etiraz edən bir qrup tələbə ilə İŞİD tərəfdarları arasında toqquşma yaşanıb. Toqquşma zamanı tərəflər iri bıçaq və dəyənəklərlə bir-birinə hücum edib. Polisin müdaxiləsindən sonra 25 nəfər saxlanılıb. 10 gündən artıqdır davam edən, 36 nəfərin öldüyü aksiyalar Türkiyənin Suriya ilə sərhəddə yerləşən və daha çox kürdlərin yaşadığı cənub, cənub-şərq vilayətlərilə yanaşı İzmir və İstanbul kimi şəhərlərdə də səngimir. Qarşıdurmalar ölkəyə bir milyard Türk lirəsinə qədər ziyan vurub. Artıq günlərdir şiddətlənərək davam edən etirazlara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan da sərt münasibət bildirərək deyib ki, 3-5 küçə dələduzu bu ölkəni qarışdıra bilməyəcək. Ərdoğan hökumətin İŞİD-də bu vaxta kimi zərrə qədər də olsa dəstək vermədiyini deyərək, xalqı təhriklərə uymamağa çağırıb.
“Bir həftə ərzində 40-a yaxın vətəndaşımız həyatını itirdi. Bunların qatili kimdir? Bunların qatili küçələrə çağırış edən məlum müxalifət partiyasıdır. Bu çağırışlara dəstək verən ana müxalifət partiyasıdır. Tvitlər ataraq bunu edirlər. Belə məsuliyyətsizlik olmaz. Dovşana qaç deyirlər, tazıya tut”, – deyə Ərdoğan qeyd edib.
Hökumət iğtişaşalarda xarici qüvvələri də günahlandırır. Artıq Türkiyə polisi ən qızğın toqquşmaların baş verdyi Diyarbəkirdə 10 alman vətəndaşını saxalyıb. Onlar jurnalist fəaliyyəti adı altında iğtişaşları alovlandırmaqda təxribat yönlü hərəktlərdə günahlanıdrılır.
Teqlər: