İsrail-Fələstin münaqişəsi 1 ilə həll ediləcək
“Prezident Barak Obama hesab edir ki, artıq bir ilə sülh bağlamaq olar. Çatışmayan ancaq danışıqlardır ki, konsensusa gəlmək üçün mütləq dialoqa başlamaq lazımdır. Əsas məsələ narazılıqların ortadan qaldırılmasıdır. Bəs bu mümkündürmü? Mənim cavabım: bəli mümkündür. İsrailin baş naziri Benyamin Netanyahu açıq-aşkar şəkildə bəyan etdi ki, o, sülh və iki dövlət prinsipini dəstəkləyir. Düşünürəm ki,reallığın özü bizi sülhə məcbur edəcək... Başqa seçimimiz yoxdur”-deyə İsrail prezidenti bildirib.
Səbinə Həsənova
AzVision.az