Yoxa çıxan diktator üzə çıxdı

Yoxa çıxan diktator üzə çıxdı
  14 Oktyabr 2014    Oxunub:2065
Şimali Koreya lideri Kim Çen In son 40 gündə ilk dəfə publika qarşısına çıxıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Şimali Koreya ölkə alimləri üçün tikilən binaya baş çəkib, tikinti işləri ilə tanış olub. Alimlər üçün tikilən məhəllə 24 yüksək mərtəbəli bina, məktəb, xəstəxana və digər sosial-mədəni müəssislər istifadəyə veriləcək.

Bundan əlavə Kim Çen İn Dövlət Elmlər Akademiyasının Təbii sərvətlər İnstitutunun yeni binasının açılış mərasimində də iştirak edib.

Qeyd edək ki,Şimalı Koreya lideri Kim Çen In Əmək Partiyasının yaradımasının 69-cu ildönümü ilə bağlı tədbirlərə də qatılmayıb.

Dünya mediası Şimali Koreya lideri haqda müxtəlif iddialar yayıb.

İtaliya KİV-ləri xəbər yayıblar ki, Pxenyanda dövlət çevrilişinə cəhd olub. Dövlət çevrilişi zamanı Kim Çen Inın həbs və ya öldürüldüyü bildirilir.

Bəzi məlumatlara görə, Şimali Koreyada hakimiyyətə Kim Çen Inın bacısı – 27 yaşlı Kim E Çjon gətirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti