“Facebook”-dan yenilik: “Like” düyməsini unudun

“Facebook”-dan yenilik: “Like” düyməsini unudun
  14 Oktyabr 2014    Oxunub:4125
“Facebook” sosial şəbəkəsi möhtəşəm yenilik edib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata əsasən artıq sosial şəbəkə istifadəçiləri istifadəçi profilləri, qruplar və tədbirlərdə olan şərh yerlərinə emosiyaları ifadə edən stikerlər yerləşdirə bilərlər. Bununla bağlı müvafiq işarə şərh bölməsində yerləşdirilib.

İndiyə qədər istifadəçilər emosiyaları bildirən stikerlərdən şəxsi yazışmalar və “Messenger” proqramından istifadə edərkən yararlana bilərdilər. Qeyd edək ki, “Facebook”- da stikerlərdən ötən ildən etibarən aktiv edilib.

Ekspertlərin fikrincə bununla da “Facebook” “Like” düyməsinin çatışmazlığını aradan qaldırmaq istəyir. Sosial şəbəkə istifadəçiləri dəfələrlə bu düymənin pis xəbərlərə reaksiya zamanı işə yaramadığını və yanlış təəssürat oyatdığını vurğulayırdılar.

Xatırladaq ki, mətn və stikerlərlə yanaşı “Facebook” istifadəçiləri şərhlərə öz şəkillərini də əlavə edə bilərlər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti