İŞİD Bağdadı ələ keçirir - Video

İŞİD Bağdadı ələ keçirir - Video
  14 Oktyabr 2014    Oxunub:2951
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı sosial şəbəkələrdə İraqın paytaxtı Bağdad şəhərinə yaxınlaşdığını bəyan edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı Bağdadın 100 kilometrliyində olan Diyala şəhərinə girdiyini deyib.

Bağdadın Hit qəsəbəsində isə İraq əsgərləri geri çəkilib. Qəsəbəni ələ keçirən İŞİD-çilər külli miqdarda hərbi texnika mənimsəyiblər. Yerli mənbələr bir çox əsgərin İŞİD tərəfindən əsir alındığını və həmin əsirlərin Mosulda qətlə yetirilə biləcəyini deyir.

İraqın qərbində Ənbar əyalətinin 80%-ni ələ keçirən İŞİD sosial şəbəkələrdə ələ keçirdiyi ərazilər haqda məlumatlar paylaşır.





Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti